• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Nəqliyyat Nazirliyindən YENİLİK

Nəqliyyat Nazirliyindən YENİLİK

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) www.niim.az saytında “ictimai qınaq” adlı bölmə yaradılacaq.

Bu barədə Publika.az-a mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Onun sözlərinə görə, vətəndaşlar rastlaşdıqları hər hansı qayda pozuntusu haqqında bu bölmədə yaza biləcək və həmin qayda pozuntusuna yol vermiş avtomobilin, avtobusun və ya taksinin (dövlət qeydiyyat nişanının görünməsi şərtilə) fotoşəklini yerləşdirə biləcək.

Vətəndaşların “ictimai qınağ”ına tuş gələn, qayda pozan bütün sürücülərə qarşı ciddi tədbir görüləcək.

Məlumatda bildirilir ki, sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə Nəqliyyat Nazirliyi ilə yanaşı, vətəndaşların da dəstəyi qısa müddətdə müsbət nəticə verəcək.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR