Bu tələbələr ikili diplom alacaq
Bizi izləyin

Qırmızı.az

Bu tələbələr ikili diplom alacaq

Azərbaycan Dövlət İqtisad Universitetində bəzi tələbələr ikili diplom alacaq.

ADİU-dan Publika.az-a verilən məlumata görə, Türkiyənin Hacettepe Universiteti ilə əldə olunan razılığa əsasən, “Səhiyyə menecmenti” ixtisası üzrə magistratura pilləsində ikili diplom proqramı təşkil ediləcək. Proqram UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində reallaşdırılacaq. Proqrama əsasən, magistrlər hər iki universitetdə mübadilə formasında təhsil alacaqlar.

Türkiyə Respublikası Ali Təhsil Şurası layihənin reallaşdırılmasına dəstək verəcək. Bununla bağlı Türkiyəyə səfəri çərçivəsində UNEC-in rektoru, professor Ədalət Muradovla Ali Təhsil Şurasının (YÖK) sədri, professor Yekta Saraç arasında razılıq əldə olunub.

UNEC-də “Səhiyyə menecmenti” ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən çoxsaylı özəl tibb müəssisələrin peşəkar idarəetməsinə dəstək göstərməkdir. Bu proqram vasitəsilə Azərbaycanda səhiyyə menecerlərinə olan kadr tələbatını ən qısa zamanda ödəyə biləcək.

Qeyd edək ki, Hacettepe Universiteti səhiyyə menecmenti ixtisasında peşəkar kadrların yetişdirilməsində böyük təcrübəyə malikdir. Ali təhsil müəsissəsinin tibb fakültəsi QS reytinqinə görə dünyada 301-ci sırada qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm