• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məkkədəki uçqun zamanı zərərçəkənlər arasında azərbaycanlılar yoxdur - RƏSMİ

Məkkədəki uçqun zamanı zərərçəkənlər arasında azərbaycanlılar yoxdur - RƏSMİ

Məkkədə gecə saatlarında dağ uçaraq yaxınlıqda yerləşən mehmanxanaya ciddi ziyan vurub. Uçqun zamanı mehmanxananın divarı tamamailə dağılıb və nəticədə iki nəfər zəvvar dağıntılar altında qalaraq dünyasını dəyişib, hələ də dağıntılar altında qalanların olduğu bildirilir.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Publika.az-a bildirib ki, hadisə nəticəsində azərbaycanlı zəvvarlar heç bir problem yaşamayıb.

“Azərbaycanlı zəvvarlarla bağlı heç bir problem yoxdur. Hazırda cari ziyarətlərini davam etdirirlər”.

Qeyd edək ki, bu il Həcc ziyarəti başlayandan bu, sayca üçüncü bədbəxt hadisədir. Əvvəlcə məscidlərin birində qaldırıcı kran aşmışdı, daha sonra isə zəvvarların qaldığı mehmanxanada yanğın baş vermişdi.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR