• USD 1,7025 0,00% EUR 1,8566 -0,33%
    • GBP 2,1909 +0,23% RUB 0,0299 -1,67%

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah Bakıda 30 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, sentyabrın 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 22-də hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR