Bakı-Sumqayıt qatarının Siyəzənə getməsi absurddur – Rəsmi
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt qatarının Siyəzənə getməsi absurddur – Rəsmi

“Bakı-Sumqayıt qatarının yolu səhv salıb Siyəzənə getməsi məlumatı yanlışdır. Belə hal mümkün deyil”.

Bu sözləri Publika.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Bizim maşinistlər hamısı peşəkardırlar. Məsələnin digər tərəfi isə qatarların hərəkəti hərəkətçilər tərəfindən tənzimlənir. Bu avtomobil yolu deyil ki hər kəs istədiyi istiqamətə gedə bilsin. Qatarın Siyəzənə getməsi, orada düşüb yolu soruşması mümkün deyil. Qatarda yerin olmaması, sərnişinlərin ayaq üstə getməsi barədə deyilənlər tamamilə absurddur. Bu məlumat şər və böhtandır. Dəmiryolunda son illər ciddi işlər görülür. Görünür, bu məlumatların yayılması kimlərinsə marağındadır. Bu məlumatı yayanlara ayıb olsun”.

Qeyd edək ki, sosial şəbəkədə Bakı-Sumqayıt qatarının yolu səhv salıb Siyəzənə getməsi barədə məlumat yayılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm