Dərmanların ucuzlaşması davam edəcək
Bizi izləyin

Qırmızı.az

Dərmanların ucuzlaşması davam edəcək

Tarif Şurası bu ay 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə qərar verəcək.

Bu barədə Publika.az-a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.

A.Əliyev bildirib ki, bu vaxta qədər 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib.

“Ümumilikdə, qiymətlərin tənzimlənməsi intensiv qaydada, davamlı aparılır. Əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi ilin sonuna qədər başa çatdırılacaq. Sentyabrın sonunda Tarif Şurasının növbəti iclası gözlənilir. Bu zaman növbəti partiya dərman vasitələrinin qiyməti tənzimlənəcək”.

A.Əliyev bildirib ki, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları Səhiyyə Nazirliyi ilə birlikdə dərman satışı obyektlərində mütəmadi olaraq monitorinq aparır. Aparılan monitorinqlər zamanı Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymətlərdən kənar satış halları qeydə alınmayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm