TQDK-dan yeni testlər - əzbərçiliyə son
Bizi izləyin

Qırmızı.az

TQDK-dan yeni testlər - əzbərçiliyə son

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ayrı-ayrı fənlər üzrə yeni təhsil proqramları (kurikulum) əsasında V-VII siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edib.

TQDK-dan Publika.az-a verilən xəbərə görə, hər bir vəsait 2 hissədən ibarətdir: I hissədə V-VII siniflər üçün qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları toplusu, II hissədə isə həmin siniflər üzrə yeni dərsliklərə əsaslanan qiymətləndirmə vasitələri dərc edilib.

Vəsaitlər həm məzmununa, həm də formasına görə ayrı-ayrı siniflər və fənlər üzrə indiyə qədər nəşr olunan və yalnız test tapşırıqları əsasında hazırlanan qiymətləndirmə vasitələrindən bir çox xüsusiyyətlərinə görə fərqlənir.

Sual və tapşırıqlar məzmun və formasından asılı olaraq, hər bir şagirddən problemi həll etmə, mühakimə yürütmə və əsaslandırma, ünsiyyət, tədqiqetmə və tətbiqetmə bacarığı tələb edir. Əzbərçiliyə, hafizəyönümlüyə əsas verməyən bu tapşırıqların bir yox, bir neçə cavabı olur.

Ənənəvi test tapşırıqlarından fərqli olaraq, bəzi tapşırıq nümunələrində düzgün cavab təqdim olunmuş cavablar içərisindən seçilmir. Cavabı bilik və bacarığı sayəsində şagirdin özü yazır.

Vəsaitin buraxılış imtahanlarına hazırlaşan 9-cu və 11-ci sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün də etibarlı mənbə olduğu bildirilib. Vəsait qüvvədə olan tədris proqramına uyğun tərtib olunub. Gələcəkdə proqramda dəyişikliklər edilərsə, vəsaitdə də müvafiq dəyişikliklər aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm