İşsizlərə xoş xəbər
Bizi izləyin

Qırmızı.az

İşsizlərə xoş xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti işsiz və işaxtaran vətəndaşlar üçün bu həftə 2 rayonda əmək yarmarkası keçirəcək.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, növbəti əmək yarmarkalarının sentyabrın 22-də Zərdab, sentyabrın 23-də Qəbələ rayonlarında keçirilməsi planlaşdırılır. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi yarmarkalarda həmin rayonlar üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirlərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim olunması, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatının aparılması da nəzərdə tutulur.

Qeyd edək ki, cari ilin ötən dövründə xidmət tərəfindən respublikamızın 43 rayonunda keçirilən əmək yarmarkalarında ümumilikdə 3337 nəfərə boş iş yerlərinə göndəriş verilib, 377 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 179 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm