Metroda dəhşət: 2 silahlı şəxs atəş açdı - VİDEO, FOTO
Bizi izləyin

Qırmızı.az

Metroda dəhşət: 2 silahlı şəxs atəş açdı - VİDEO, FOTO

Türkiyə metrosunda Kozyatağı stansiyasında silahlı insident baş verib.



Anspress-in məlumatına görə, stansiyada Berkin Elvan üçün aksiya keçirən qrupa iki nəfər tapançadan atəş açmağa başlayıb.



Belə ki, etirazçılar stansiyada Berkin Elvan haqqında şüarlar səsləndirərkən, iki nəfər aksiya iştirakçılarını söyüb. Bu zaman etiraz iştirakçıları onlara hücum çəkib. Etirazçılar həmin şəxsləri vurmağa başlayıb. Bu zaman həmin şəxslər tapança çıxarıblar və etirazçılara atəş açıblar.



Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Bir müddət sonra polislər silahlı şəxsləri təslim olmağa məcbur ediblər. Onlar saxlanılaraq aidiyyəti orqanlara təhvil veriliblər. Hələlik həmin şəxslərin kimliyi barədə məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm