Hərarət 33 dərəcəyə yüksələcək - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Hərarət 33 dərəcəyə yüksələcək - PROQNOZ

Sabah Azərbaycan ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, sentyabrın 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Abşeron yarımadasında havanın temperaturu gecə 18-22, gündüz 26-31, Bakıda isə gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfetr təzyiqi 759 millimetr civə sütünundan 762 milli metr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 23-də hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm