• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sentyabrın 28-də Ay Yerə ən yaxın məsafədə olacaq

Sentyabrın 28-də Ay Yerə ən yaxın məsafədə olacaq

Sentyabrın 28-də ilin sonuncu Ay tutulması baş verəcək.

Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, bu tam Ay tutulması olacaq.

“Həmin gün super Ay olacaq. Həmin gün 06:47-də Ay Yerə ən yaxın məsafədə olacaq.Yerlə Ay arasında məsafə 356876 km olacaq, bu da ən yaxın məsafə hesab edilir. Ay tutulması 06:07-də başlayacaq, 07:47-də maksimum olacaq, 09:27-də sona çatacaq. Bu, Azərbaycanda 07:30-a qədər müşahidə ediləcək, o zaman Ay batıb, Günəş çıxdığına görə müşahidə edə bilməyəcəyik”.

X.Mikayılov bildirib ki, Ay tutulması Cənubi Amerika, Atlantika, Avropa, Afrikanın əksər ölkələrində müşahidə ediləcək. Şərqi Avropa, Mərkəzi və Şərqi Afrikada qismən görünəcək.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR