• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

MTRŞ-dan verilişlərin bağlanması ilə bağlı - AÇIQLAMA

MTRŞ-dan verilişlərin bağlanması ilə  bağlı - AÇIQLAMA

Milli Televiziya və Radio Şurasının bugünkü iclasında “ANS” telekanalında yayımlanan “Adam içində”, “Azad Azərbaycan” telekanalında yayımlanan “Ümid var” və “Space” telekanalında yayımlanan “Üz-üzə” verilişləri barədə müzakirə aparılıb.

MTRŞ-nın mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, adıçəkilən verilişlərin milli-mənəvi dəyərlərə zidd, əxlaq normalarına uyğun olmayan mövzuların müzakirəyə çıxarılması və bununla bağlı süjetlərin yayımlanması müzakirə edilib. Bu tipli verilişlərin yayımlanmasının ictimaiyyət arasında haqlı narazılığa səbəb olduğu vurğulanıb, insanların şəxsi və ailə həyatı ilə bağlı olan, ümumilikdə isə Azərbaycan cəmiyyəti və mənəviyyatı üçün səciyyəvi olmayan bəzi neqativ faktların şişirdilərək təkrar-təkrar gündəmə gətirilməsi yolu ilə şou yaradılması və süni reytinq qazanmaq cəhdlərinin həm qanunvericiliyin tələbinə, həm də əxlaq normalarına zidd olduğu qeyd edilib.

Milli Televiziya və Radio Şurası tərəfindən telekanal rəhbərlərinə gələcəkdə öz proqram siyasətlərini tənzimləyərkən cəmiyyətdə formalaşmış ictimai rəyin nəzərə alınması, bu cür hallara daha həssaslıqla yanaşılması tövsiyə edilib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR