Polis gücləndirilmiş iş rejiminə keçir
Bizi izləyin

Qırmızı.az

Polis gücləndirilmiş iş rejiminə keçir

Qurban bayramı günlərində polis gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib.

Onun sözlərinə görə, nazir Ramil Usubovun müvafiq əmrinə əsasən, daxili işlər orqanlarının şəxsi heyəti sentyabrın 24-dən 26-dək gücləndirilmiş rejimdə işləyəcək.

Məqsəd əhalinin kütləvi istirahət etdiyi yerlərdə və digər ərazilərdə ictimai qaydanın və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, habelə baş verə biləcək hər hansı qanunsuz hərəkətlərin qarşısının alınmasıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm