Barlarda xərclədiyi pulu tutdurduğu şəxsdən almaq istəyir –Vəkildən şok açıqlama
Bizi izləyin

Qırmızı.az

Barlarda xərclədiyi pulu tutdurduğu şəxsdən almaq istəyir –Vəkildən şok açıqlama

Barlarda xərclədiyi pulu tutdurduğu şəxsdən almaq istəyir –Vəkildən şok açıqlama

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Publika.Az xəbər verir ki, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Asif Əliyevin vəkili Abuzər Mütəllimov çıxış edib.

O deyib ki, məhkəmə araşdırmasının yekununda zərərçəkmiş İlham Mirzəyev və onun nümayəndələri rus, ingilis və türk dilində olan sənədlərin tədqiq edilməsi üçün cinayət işinin materiallarına əlavə edilməsi üçün vəsatət veriblər: “Fikrimizcə, bu vəsatət məhkəmə prosesini süni şəkildə uzatmaq və işə aidiyyatı olmayan sənədlərlə doldurmaq yolu ilə fəaliyyəti imtitasiya etmək üçün etmək üçün verilib. Bununla əlaqədar olaraq əlavə ediolmiş sənədlərin yolverilməz sübut kimi məhkəmə araşdırmasından çıxarmağınızı xahiş edirik. Təqdim olunan sənədlərdən heç bir tərçüməçinin imzası və notarial qayda ilə təsdiq olunmayıb. Tərcümənin kimin tərəfindən edildiyi məlum deyil. Cinayət prosesini həyata keçirən orqan qismində məhkəmə tərəfindən Cinayət Prosessual Məcəlləsinin 99-cu maddəsinə uyğun olaraq materialların tərcüməsi üçün tərcüməçi təyin edilməyib. Tərcüməçinin hüquq, vəzifə və məsuliyyəti izah edilməyib. Bu isə müdafiə tərəfinin etiraz etmək hüququnu pozur. Məlum olmayan tərcüməçinin birdən-birə üç dili bilməsi təsdiq edən sənədlər Cinayət Prosessual Məcəlləsi 99.4.2-ci maddəsinin tələblərinə zidd olaraq məhkəməyə və prosesin digər iştirakçılarına təqdim edilməyib”.

Vəkilin sözlərinə görə, sənədlərə tikilmiş sənədlərin vizual olaraq tutuşdurulması Azərbaycan dilində olan mətn əcnəbi dildə olan mətndən kifayət qədər azdır. O qeyd edib ki, bu isə tərcümənin tam olmamasından xəbər verir.

Abuzər Mütəllimov əlavə edib ki, tərcümə sənədlərini imza edən öz adını düzgün yaza bilməyib: “Materiallara “Gold” tərcümə mərkəzinin direktoru Quliyev Hacı Yaşar oğlunun 10.03.2014 tarixli arayışı əlavə olunub. Həmən arayışdan da görünür ki, bu şəxs hətta öz adını düzgün yazmır. Bu səbəbdən, Quliyevin rəhbərlik etdiyi naməlum tərcüməçilərin səriştəsi əsaslı şübhələr yaradır”.

Vəkil sənədlərdə İlham Mirzəyevin müalicəsi adı ilə məhkəməyə təqdim etdiyi sənədlərin də düzgün olmadığını deyib: “Bir sıra sənədlərin Azərbaycan dilində olan mətnindən anlamaq olar ki, bunlar İlham Mirzəyevin ailəsi və tanış olmayan İsmailpur Rəfiqə və İsrafil Ələkbərovla birgə Antalyanın və Yaponiyanın bahalı kurortlarında qalmasına görə qəbzlər, restoran və barlarda nahara görə ödənişlər, taksi və sauna xidmətləri, hələ 2013-cü ilin iyunundan əvvəl edilmiş xidmətlərə görə qabaqcadan edilmiş ödənişlərdir”. Belə aydın olur ki, bu sənədlərin qeyri-müəyyən olan İsmailpur və Ələkbərov kimi Asif Əliyevin cinayət təqibinə hər-hansı bir aidiyyatı yoxdur. Buna görə də yolverilməz sübut kimi iş materiallarından xaric edilməlidir”.

Abuzər Mütəllimov çıxışında İham Mirzəyevin müalicəsi ilə bağlı məhkəməyə təqdim etdiyi xəstəxana qəbzlərinə də münasibətini açıqlayıb: “Vəsatətə həmçinin İlham Mirzəyevin “Planeta” firmasından ayrı-ayrı medikamentlərin, o cümlədən kişi və qadınlarda cinsiyyət sisteminin funksional pozğunluqlarına, kişi və qadınlarda klimaksın müalicəsi, seksual zəiflik, qəbizlik, piylənmə, prostatit, ishal, itdirsəyi, ekzema və başqa xəstəliklərdən müalicəyə dair dərmanların alınması barədə rus dilində sənədlər əlavə edilib. Hesab edirik ki, qeyd olunan bütün xəstəliklərin işə hər hansı bir aidiyyatı yoxdur. Bu xəstəliklərin İlham Mirzəyevə vurulmasına dair Asif Əliyevə hər-hansı ittiham verilməyib”.

Vəkil çıxışının sonunda məsələyə münasibət bildirilməsini istəyib. Daha sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin mövqeyini öyrənib. Məhkəmə istintaqının yekunlaşmasına etiraz edilməyib.

Yerində müşavirə keçirən hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul edib və çıxış etmək üçün sözü dövlət ittihamçısı Rizvan Sultanova verib. Rizvan Sultanov çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Buna görə də məhkəmənin davamı martın 19-na təyin edilib.

Publika.Az-ın əldə etdiyi məlumata görə, vəkil Abuzər Mütəllimov çıxışında adını çəkdiyi İsmailpur Rəfiqə İlham Mirzəyevin uşağının dayəsidir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm