Atatürk prospekti açıldı
Bizi izləyin

Qırmızı.az

Atatürk prospekti açıldı

Atatürk prospektində nəqliyyatın hərəkəti bərpa olunub.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, həmin hissədə ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılıb. Bir neçə küçənin kəsişmələri olan yolun hərəkət hissəsi və səkilər uzun müddət idi ki, təmir olunmadığı üçün sıradan çıxmış vəziyyətdə idi. Bu isə öz növbəsində həm piyadaların, həm də nəqliyyat vasitələrinin normal və rahat şəkildə hərəkətinə mane olurdu.

Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Yolun hərəkət hissəsi bəzi ərazilərdə genişləndirilib, ehtiyyacı olan yerlərdə yol yatağı bərkidilib və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə burda 12500 kvadrat metr ərazidə asfaltlanma işləri aparılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm