Bayram günləri hava necə olacaq? - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Bayram günləri hava necə olacaq? - PROQNOZ

Bayram günlərində ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz olacaq.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 17-21, gündüz 26-31 dərəcə isti olacaq.

Bölgələrdə də yaxın üç gün ərzində hava əraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm