Jurnalistlər üçün yeni müsabiqə
Bizi izləyin

Qırmızı.az

Jurnalistlər üçün yeni müsabiqə

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında “Mülkiyyət hüququ: qanunvericilik və təcrübə” mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir.

Publika.az xəbər verir ki, müsabiqəyə mülkiyyət hüququna həsr olunmuş məqalələr, o cümlədən mülkiyyət hüququnun əsaslarını, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun xüsusiyyətlərini, mülkiyyət hüququnun müdafiəsini, habelə digər məsələ və problemləri əhatə edən təhlil xarakterli məqalələr qəbul edilir.

Məqalələrin qiymətləndirilmə meyarları qanunvericiliyə istinad olunaraq onun normalarının tətbiqi zamanı meydana çıxan problemlərin təhlili; mülkiyyət hüququ sahəsində problemlərin obyektiv və subyektiv səbəblərinin izah edilməsi, həmçinin onların mümkün həlli yollarının təklif edilməsi, bu zaman xarici təcrübəyə istinad edilməsi; yazının mülkiyyət hüququ üzrə qanunvericiliyinin təkmilləşdirilməsinin təmin olunması baxımından əhəmiyyəti; yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı).

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

Birinci yer – 500 AZN

İkinci yer – 400 AZN

Üçüncü yer – 300 AZN

Jurnalistlər müsabiqəyə sentyabrın 27-dən noyabrın 17-dək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm