Azərbaycan milli axtarış sistemini yaradır
Bizi izləyin

Qırmızı.az

Azərbaycan milli axtarış sistemini yaradır

Azərbaycanın “Dilmanc” proqram təminatçısı milli axtarış sisteminin yaradılması layihəsi üzrə araşdırma işlərinə başlayıb.

Bunu Trend-ə “Dilmanc” layihəsinin rəhbəri Əbülfət Fəttayev deyib.

Onun sözlərinə görə, layihənin elmi rəhbəri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdur: “Hazırda axtarış sisteminin proqram tərkib hissəsi araşdırılır. Veb səhifələri skan etməyə imkan yaradan krauler artıq yaradılıb və perspektivdə axtarış aparanın ehtiyaclarına uyğun adaptasiya ediləcək”.

Ə.Fəttayev qeyd edib ki, milli axtarış sisteminin yaradılmasında məqsəd ilk növbədə ölkənin informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsidir: “Reklamlardan əldə edilən gəlirlərin Azərbaycanda qalması da vacib məqamdır. Bu istiqamətdə işlərə artıq start verilib, biz hələ yolun başlanğıcındayıq. Layihə çərçivəsində fəaliyyətə mütəxəssisləri və tədqiqatçıları cəlb etməyi planlaşdırırıq. Soft yaradılacaq, testlər aparılacaq, serverlər alınacaq. Axtarışı Azərbaycan, ingilis, türk, rus və digər dillərdə təfsilatı ilə göstərmək lazımdır. Buna isə kifayət qədər vaxt lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm