Azərbaycanlı müəllimlərə və tələbələrə alman dili öyrədiləcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı müəllimlərə və tələbələrə alman dili öyrədiləcək

DAAD Azərbaycan Məlumat Mərkəzinin rəhbəri Stefanie Dufaux Qafqaz Universitetində olub.

Publika.az xəbər verir ki, Stefanie Dufaux Universitetin rektoru Ahmet Saniç və Xarici əlaqələr üzrə prorektorluğun heyəti ilə birgə görüş keçirib. Görüş zamanı Qafqaz Universiteti ilə DAAD arasındakı mövcud əməkdaşlığın gücləndirilməsi istiqamətində universitetdə infoday, seminar, yay məktəblərinin və s. proqramların təşkili və davamlılığının təmin edilməsi məsələləri müzakirə edilib.

Bundan başqa, azərbaycanlı tələbə və müəllimlərin alman dilinin tədrisinə təşviq edilməsi ilə bağlı infoday-lərin və təlimlərin təşkili, Qafqaz Universiteti və Almaniya universitetləri arasında əməkdaşlıq sferasının artırılması istiqamətində müxtəlif layihə və proqramların prespektivləri müzakirə edilib.

A.Saniç DAAD ilə birgə layihələrdə iştirak və təcrübə mübadiləsinin aparılmasının hər iki qurumun gələcək fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm