Yeni yaradılacaq televiziya fəaliyyət istiqamətlərini açıqladı
Bizi izləyin

Qırmızı.az

Yeni yaradılacaq televiziya fəaliyyət istiqamətlərini açıqladı

Bu gün “Region TV” televiziya şirkəti Milli Teleradio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən Azərbaycan üzrə yayım hüququ əldə edib. Beləliklə də, ölkə üzrə yayımlanan ümumrespublika televiziya kanallarının sayı 10-a çatıb.

“Region TV”-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə bu televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə), RTV (Xaçmaz), CTV (Lənkəran), EL TV (Yevlax), Kanal S (Şəki) və TTV-nin (Tovuz) birgə yaratdığı Azəbaycanın ilk televiziya şəbəkəsidir.

“Region TV”-nin bu ilin may ayında Bakıda yayıma başlayacağı planlaşdırılır. “Region TV” Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanacaq. Bölgələrdə isə yayım regional telekanalların - Kəpəz TV, RTV, CTV, EL TV və Kanal S-in siqnalları vasitəsilə həyata keçiriləcək. Açıq yayımla yanaşı Region TV Azərbaycanın ilk peyki olan AzerSpace1-in Avropa seqmentində, kabel tv-lər, həmçinin internet vasitəsilə də yayımlanacaq.

Yaxın gələcəkdə ölkədə analoq yayımın dayandırılacağını nəzərə alaraq “Region TV”, eləcə də bütün regional kanalların yayımı rəqəmsal (DVB - T) formatda həyata keçiriləcək.

Qeyd edək ki, bütün regional televiziya kanalları ən müasir televiziya avadanlıqları ilə təchiz olunub və Cinegy texnologiyası əsasında Azərbaycanda ən böyük avtomatlaşdırılmış yayım sisteminə malikdir.

“Region TV”-nin yayım və proqram mərkəzi Kəpəz TV-nin bazasında yaradılıb və Gəncə şəhərində yerləşir. Mərkəzi xəbər aparatı Azərbaycanın ilk xəbər kanalı - TTV-nin əsasında yaradılıb. “Region TV”-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanacaq. “Region TV”-nin əsas istiqaməti ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatının işıqlandırılması, habelə Azərbaycanın bölgələrinə xüsusi diqqət ayırmaqdır. Telekanalın əsas proriteti MTRŞ-nın elan etdiyi müvafiq tenderin şərtlərində də olduğu kimi ölkənin regionları ilə bağlı daha dolğun məlumatların çatdırılmasıdır.

Hesab edirik ki, ümumi televiziya şəbəkəsi və Region TV-nin yayıma başlaması ilə artıq, Azərbaycanda müasir televiziya sənayesinin inkişafında növbəti mərhələyə qədəm qoyur.

“Region TV”-nin kollektivi tenderin qalibinin müəyyənləşdirilməsində MTRŞ-nın etimadına görə bu quruma təşəkkürünü bildirib və öz işləri ilə Azərbaycan tamaşaçısının sevgi və hörmətini qazanmağa səy göstərəcəyini vəd edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm