Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişdi
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişdi

Sentyabrın 28-dən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Publika.az-a verilən məlumata görə, Bakı-Sumqayıt-sərnişin-Bakı marşrutu üzrə hərəkət edən 6011/6012, 6013/6014, 6015/6016 nömrəli elektrik qatarlarının hərəkət cədvəllərində aşağıdakı qaydada hissəvi dəyişikliklər ediləcək.

Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 07:50, 16: 00, 17:45, 18:45 və 19:45-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 07:10, 07.55, 09: 00, 17:10, 18:50, 19:50 və 20:50-da yola düşəcək.

Sabahdan etibarən hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Bakı sərnişin stansiyasından saat 05:10-da, Sumqayıt sərnişin stansiyasından saat 06:40 yola düşən elektrik qatarları ləğv olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm