• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nazirlik bazarlardakı pozuntular barədə Prezident Adminstrasiyasına məlumat verib

Nazirlik bazarlardakı pozuntular barədə Prezident Adminstrasiyasına məlumat verib

Gigiyena və Epidemiologiya Mərkəzi bazarlarda monitorinq aparıb, bir sıra pozuntular aşkarlanıb.

Mərkəzin şöbə müdiri İmran Abdullayevin Publika.az-a verdiyi məlumata görə, bazarlarda kənd təsərrüfatı malları satılmalı olsa da, təəssüf ki, onların əksəriyyəti qeyri-kənd təsərrüfatı məhsulları ilə doldurulub.

“Bununla da artıq bazar yerini ticarət mərkəzlərinə verib. Bazarlarda kənd təsərrüfatı məhsullarının satışının tənzimlənməsi barədə prezidentin sərəncamı var. Sərəncamda qanunsuz heyvan kəsimi və kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı məqamlara yer verilib. Bununla əlaqədar səhiyyə nazirinin də əmri var. Sərəncam və əmrdən irəli gələn məqamları nəzərə alaraq respublika üzrə bütün rayonlarda olan bazarların şəraiti barədə monitorinq keçirib, nəticələr barədə Prezident Adminstrasiyasına məlumat vermişik. Bu ayın sonuna qədər yenidən bazarların gigiyenik vəziyyəti barədə monitorinq aparıb məlumat verməliyik. Məlumatlar artıq toplanıb, keçən dəfəki yoxlamadan sonra vəziyyətini düzəldən bazarlar var, lakin hələ də, yararsız halda olan, təmirə ehtiyacı olanlar var”.

İ.Abdullayev bildirib ki, əsas pozuntular bazarların su təchizatı, kanalizasiya sistemlərinin olmaması, müasir tələblərə cavab verməməsi, satış polkaların köhnəlməsi, heyvandarlıq məhsulları satılan yerlərdə soyuducuların olmaması kimi və bir sıra texniki məsələlər önə çıxarılıb.

Pozuntu aşkarlanan bazarlarla bağlı hansı tədbirlərin görüləcəyinə gəldikdə, İ.Abdullayev bu işə görə məsuliyyət daşımadıqlarını dedi:

“Bizim işimiz problemləri aşkarlamaqdır. Problemin aradan qaldırması bazar rəhbərliyi və icra hakimiyyətlərinin üzərinə düşür”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR