Heydər Əsədov: “Qaradağda böyük bir heyvan kəsim məntəqəsi tikilir” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Heydər Əsədov: “Qaradağda böyük bir heyvan kəsim məntəqəsi tikilir” - FOTOLAR

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “AzProtein FOODS GROUP” müəssisəsində heyvan kəsim məntəqəsinin açılışı olub.

Publika.az xəbər verir ki, açılışda iştirak edən kənd təsərrüfatı naziri Heydər Əsədov heyvanların, kəsilmiş ət məhsullarının soyuducu kamerada saxlanma şəraitinə, üzvi gübrə istehsalı müəssisəsinə baxıb, kolbasa məhsullarının istehsalı, baytarlıq sahəsində göstərilən xidmətlərlə tanış olub.

Nazir bildirib ki, ölkədə yeni tələblərə cavab verən ət kəsim məntəqələrinin açılması qarşımızda duran vəzifələrdən biridir: “Artıq bu istiqamətdə tədbirlər görülür. “Aqrolizinq” ASC tərəfindən bu müəssisənin tikintisi üçün 5,2 milyon manat vəsait ayrılıb. Bu gün biz müasir standartlara cavab verən, lazımi sertifikatları almış kəsim məntəqəsinin açılışında iştirak edirik”.

Nazir Heydər Əsədov qeyd edib ki, kəsim məntəqələrinin sayı bundan sonra da artırılacaq: “Qaradağ rayonunda sahibkarlar tərəfindən sifarişlər verilib. Burada böyük bir heyvan kəsim məntəqəsinin inşasına başlanılıb. İstəyirik ki, bir neçə il ərzində küçələrdə, natəmiz yerlərdə kəsim prosesini minimuma endirək və yaxın gələcəkdə bunun tamamilə ləğv edilməsi üçün tədbirlər görək”.

Müəssisədə 60 işçi çalışır. Müəssisəyə ətlik istiqamətli heyvanlar əsasən Almaniyadan, Macarıstandan və Niderlanddan gətirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm