Qırmızı.az
Polislərin səlahiyyətləri artırılır
Azərbaycanda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşlarının yerinə yetirdiyi vəzifələrin miqyası genişləndirilir.
Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib. Bununla bağlı Milli Məclisdə “Polis haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, “Polis haqqında” qanunun 14-cü maddəsinə (İctimai qaydanın qorunması və ictimai təhlükəsizlin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri) yeni bənd əlavə edilməsini nəzərdə tutan layihə hazırlanıb.
Belə ki, həmin maddəyə əlavə ediləcək 7-1 bəndinə əsasən, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.
Qanun layihəsinin oktyabrın əvvəlində Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi