• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“BakuBus”ın sürücüsündən özbaşınalıq - FOTO

“BakuBus”ın sürücüsündən özbaşınalıq - FOTO

“Nərimanov metrostansiyası– 20-ci sahə” istiqamətində hərəkət edən, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 5 nömrəli marşrut avtobusunun sürücülərindən biri bu gün bayram fürsətindən sui-istifadə edib.

Bu barədə marşrut avtobusundan istifadə edən jurnalist həmkarımız Rey Kərimoğlu xəbər verib.

Publika.az-ın məlumatına görə, həmkarımız sürücünün gediş kartı olmayan sərnişinləri idarə etdiyi ictimai nəqliyyat vasitəsinə mindirməsindən şikayətlənib.

Dövlət nömrə nişanı “99 JH 244” olan avtobusu idarə edən sürücü gediş kartı olmayan sərnişinləri avtobusa mindirib və onlardan yığılan gediş haqlarını mənimsəyib. Jurnalist bununla bağlı maraqlı fakta toxunub:

“Avtobusa 20-ci sahədən mindim. Kart da işləyir. Bir uşaq sürücünün yanında oturub və gediş kartı olmayan sərnişinlərdən 20 qəpik gediş haqqı yığır”.

Qeyd edək ki, “BakuBus” MMC-nin 5 nömrəli marşrut avtobusu cəmi 10 gündür fəaliyyətə başlayıb.

Sentyabrın 14-dən xəttə çıxan yeni 5 nömrəli marşrut avtobusunun hərəkət istiqaməti “Nəriman Nərimanov” metro stansiyası–Təbriz küçəsi–Azadlıq prospekti–28 May metro stansiyası–Puşkin küçəsi–Azadlıq prospekti–Zərifə Əliyeva küçəsi–Ə.Yaqubov küçəsi–20-ci sahədir.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR