Bayram günlərində isti hava olacaq
Bizi izləyin

Qırmızı.az

Bayram günlərində isti hava olacaq

Azərbaycanda bayram günləri mülayim, isti hava olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 1-2 dərəcə yüksəkdir.

Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 25-də hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm