Yusif, Əli, Zəhra, Nuray... Azərbaycanda ən populyar adlar - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Yusif, Əli, Zəhra, Nuray... Azərbaycanda ən populyar adlar - SİYAHI

Ədliyyə Nazirliyi Azərbaycanda yeni doğulan uşaqlara ən çox qoyulan adların siyahısı açıqlayıb.

Publika.az-ın məlumatına görə, 2015-ci ilin 9 ayı ərzində oğlan uşaqları arasında ən çox qoyulan ad Yusif adı olub. Belə ki, bu müddətdə yeni doğulmuş 2380 uşağa Yusif adı qoyulub. Bu ilin 9 ayı ərzində populyarlıq qazanmış oğlan adları isə Əli (1686), Hüseyn (1668), Murad (1033), Məhəmməd (1006) adları olub.

Qız uşaqlarına isə daha çox Zəhra adı verilib. Cari ilin 9 ayı ərzində yeni doğulmuş 2348 qıza Zəhra adı qoyulub. Bu il populyarlıq qazanmış digər qız adları isə Nuray (1699), Fatimə (1507), Aylin (1194), Zeynəb (1128), Ayan (1033) adları olub.

Qeyd edilən bu adlar ümumiyyətlə son beş il ərzində də digərlərinə nisbətən üstünlük təşkil edib. (Yusif – 16508, Zəhra – 15225, Nuray – 12869, Fatimə – 11377, Əli – 11267, Hüseyn – 10967, Aylin – 7542, Ayan – 7405, Məhəmməd – 7188, Zeynəb – 7019, Murad – 6992).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm