Daxili İşlər Nazirliyi işçi axtarır
Bizi izləyin

Qırmızı.az

Daxili İşlər Nazirliyi işçi axtarır

Azərbaycan Daxili İşlər Nazirliyi bir sıra vakant yerlər üzrə müsabiqı elan edir.

DİN nətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Nazirliyin Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan - 3 həkim-cərrah, 3 həkim-travmatoloq, 1 həkim-neyrocərrah, 1 ordinator-rentgenoloq, 1 ordinator-otolorinqoloq, 2 psixoloqa ehtiyac var.

Müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil alaraq magistr (psixoloqlar üçün) pilləsini bitirmiş, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsüsi rütbə verilməklə ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Baş Kadrlar İdarəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplom və əmək kitabçasının surətini şəxsən təqdim etməlidirlər.

Müsabiqədə iştirak etmək üçün sənədlər 2015-ci il sentyabr ayının 28-dən oktyabr ayının 28-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti 5, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qəbul edilir.

Əlavə məlumat almaq istəyənlər (012) 590-92-70 və (012) 590-80-94 nömrəli telefonlarla Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi ilə əlaqə saxlaya bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm