“Uşaqların virtual şiddətdən mühafizəsi” layihəsinin təqdimatı olub
Bizi izləyin

Qırmızı.az

“Uşaqların virtual şiddətdən mühafizəsi” layihəsinin təqdimatı olub

Sentyabrın 26-da Marneuli şəhərində, Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) “Uşaqların virtual şiddətdən mühafizəsi” layihəsinin təqdimatı keçirilib.

AMM-in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva uşaqların asudə vaxtlarının təşkilindən, cizgi filmlərinin balacalara mənfi və müsbət təsirlərindən danışıb. Bildirib ki, bu layihədən yararlanan gənclərin fəal təbliğatı nəticəsində problem qismən də olsa aradan qaldırılacaq.

Layihənin rəhbəri və icraçısı, Tbilisidəki Qara Dəniz Universitetinin ikinci kurs tələbəsi Səid Həmzəyev uşaqların cizgi filmlərini izləyərkən bəzən mənfi enerjiyə və təsirə məruz qaldıqlarını konkret faktlarla diqqətə çatdırıb. Bildirib ki, uşaqlarımızı sağlam ruhda böyütmək üçün, milli cizgi filmlərinə üstünlük verilməlidir. Dastanlarımızdan, nağıllarımızdan istifadə olunaraq yeni filmlər istehsal olunmalıdır. Valideynlər ciddi şəkildə uşaqlarının asudə vaxtlarına nəzarət etməli, onlarla daha çox zaman keçirməlidirlər.

Tədbirə toplaşan Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan tələbələr məsələ ilə bağlı fikirlərini bölüşüb, təkliflər irəli sürüblər.

Sonda tərbiyəvi cizgi filmi nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm