Metropolitendən AÇIQLAMA: yeni stansiyalar...
Bizi izləyin

Qırmızı.az

Metropolitendən AÇIQLAMA: yeni stansiyalar...

Metronun yeni stansiyaları gələn ilin əvvəlində istifadəyə veriləcək.

ANS-in məlumatına görə, gələn il təhvil verilməsi planlaşdırılan "Avtovağzal" və "Memar Əcəmi 2" stansiyaları metronun bənövşəyi xəttinə daxildir. Artıq stansiyalarda tikinti işləri, demək olar ki, yekunlaşıb və ərazidə abadlıq işləri aparılır.

Daxildə isə avadanlıqların qurlaşdırılması həyata keçirilir. Stansiyalarda eskalatorlar hazır vəziyyətə gətirilib, müasir işıqlandırma sistemi ilə təmin olunub. Bu stansiyalarda hərəkət üçün gətiriləcək yeni vaqonlar digərlərindən rahatlığı, genişliyi və havatəmizləyici sisteminin olması ilə fərqlənir.

Stansiyaların platforması 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Amma ilk mərhələdə burada 5 vaqon hərəkət edəcək. Yeni stansiyalarda fiziki qüsurlu insanların istifadəsi üçün də şərait yaradılıb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev qeyd edib ki, digər sərnişinlərdən fərqli olaraq əlil insanlar yerin üstündən liftlər vasitəsilə birbaşa platformaya enə biləcəklər.

Yeni vaqonlarda onlar üçün nəzərdə tutulmuş yerlərdə hərəkət edə biləcəklər.

Nəsimi Paşayev onu da bildirdi ki, bundan sonra inşa ediləcək bütün stansiyalarda fiziki qüsurluların istifadəsi üçün liftlər quraşdırılacaq.

"Avtovağzal" və "Memar Əcəmi 2" stansiyaları gələn ilin birinci yarısında sərnişinlərin istifadəsinə veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm