Bakının əksər küçələrində tıxacdır
Bizi izləyin

Qırmızı.az

Bakının əksər küçələrində tıxacdır

Yeni iş həftəsi tıxaclarla başladı.

Publika.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda paytaxtın əksər küçə və yollarında tıxac var. Rüstəm Rüstəmov, Abbasqulu ağa Bakıxanov, Əziz Əliyev, Sakit Qocayev, Şeyx Şamil, Yavər Əliyev, Həsən bəy Zərdabi, Şah İsmayıl Xətai, Akademik Həsən Əliyev və Xocalı küçələrində, Molla Pənah Vaqif küçəsi - Fətəli Xan Xoyski prospektində avtomobillərin hərəkətində çətinlik yaranıb.

Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın yaxınlığı və Xudu Məmmədov küçəsində asfalt örtüyünün yenilənməsi ilə bağlı hərəkət məhdudlaşdırılıb.

NİİM sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm