• USD 1,7352 0,00% EUR 1,8425 -0,53%
    • GBP 2,1552 -0,71% RUB 0,0297 -1,35%

Şamaxıda maşın ağaca çırpılıb, 1 nəfər xəsarət alıb

Şamaxıda maşın ağaca çırpılıb, 1 nəfər xəsarət alıb

Şamaxı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün Bakı-Şamaxı yolunda qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Kürdəmir sakini 1993-cü il təvəllüdlü Vüsal Məmmədovun idarə etdiyi “VAZ 21011” markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə Vüsal Məmmədov ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /Anspress/

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR