Nazirlik Xalça Muzeyində monitorinq keçirəcək
Bizi izləyin

Qırmızı.az

Nazirlik Xalça Muzeyində monitorinq keçirəcək

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xalça Muzeyinin direktor müavini Asya Şirəliyevanın muzeyin direktoru Röya Tağıyevanın Xalça Muzeyində mənimsəmələr, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı səsləndirdiyi ittihamlara münasibət bildirib.

Trend-in məlumatına görə, nazir jurnalistlərə bildirib ki, muzeydə bir ay müddətində monitorinq keçiriləcək: “Xalça Muzeyi böyük muzeydir. Ona görə də mənim qərarım əsasında bir ay müddətində monitorinq keçiriləcək ki, buraya neçə nəfər insan gəlib, əməkdaşlar necə işləyir, biletlər necə satılır, hansı xidmətlər göstərilir və s. Bütün bunlar təhlil olunacaq və ondan sonra hansısa nəticədən danışmaq olar. Mən deyə bilmərəm ki, orada hansısa sensasion hadisələr olur, cinayətdən söhbət gedir, pis xidmətlər var və s. Belə şeylər yoxdur. Xalça Muzeyi bizim fəxrimiz və fərəhimizdir. Bu muzey haqqında yaxşı fikirlər formalaşadırmalıyıq, müsbət emosiyalarla yaşamalıyıq. Çünki dünyanın ən yaxşı Xalça Muzeyi məhz Azərbaycandadır”.

Hər bir kollektivdə problemlərin, narazılıqların ola bilməsini mümkün sayan nazir bildirib ki, dövlət orqanı kimi faktlara və müraciətlərə diqqətsiz qala bilməzlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm