Azərbaycanlı zəvvarlar sabahdan Bakıya qayıdacaqlar
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı zəvvarlar sabahdan Bakıya qayıdacaqlar

Sabahdan azərbaycanlı zəvvarların ilk qrupu Bakıya qayıdacaq.

Bu barədə Publika.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib. Onun sözlərinə görə, artıq azərbaycanlı zəvvarlar Həcc ziyarətini başa vurublar:

“Azərbaycanlı zəvvarlar ziyarətin bütün əməllərini yerinə yetiriblər və ziyarəti sağ-salamat başa vurublar. Bu gecə saat 00:30-da ilk zəvvar qrupu Ciddə şəhərindən Bakıya yola düşəcək. Sonuncu uçuş isə oktyabrın 2-də isə saat 05:00-da olacaq”.

Məlumat üçün bildirək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 2400-ə qədər zəvvar yola düşüb. Onlardan ikisi Məkkə şəhərində dünyasını dəyişib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm