• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qiymət ucuz, alıcı yox: Maşın bazarında son vəziyyət - VİDEO

Qiymət ucuz, alıcı yox: Maşın bazarında son vəziyyət - VİDEO

İşlənmiş avtomobil bazarında qiymətlər ucuzlaşsa da, maşın alanların sayında artım müşahidə edilmir. Əvvəllər ay ərzində 5 maşın sata bilən alverçilər, indi bir maşın satanda sevinirlər. Mütəxəssislər bu vəziyyətin hələ bir neçə ay da davam edəcəyini bildirir.

Avtomobil bazarında durğunluq davam edir. Bazar günü olsa da, bazarda alıcı azlığı diqqət çəkib.

Son bir neçə aydır avtomobil qiymətlərinin kəskin ucuzlaşması da bazarı aktivləşdirə bilməyib.

Mütəxəssislər isə avtomobil bazarındakı bu durğunluğun ümumi iqtisadi yüksəlişin fonunda aradan qalxacağını proqnozlaşdırırlar.

İkinci əl avtomobil bazarında durğunluğun digər səbəbəbi də Avro-4 standartıdır ki, buna görə ölkəyə xaricdən köhnə və qiyməti aşağı olan avtomobilləri gətirmək mümkün olmur. Qiymət baha olduqda isə insanlar maşın almaqdan çəkinirlər. Məhz Avro-4 standartı səbəbi ilə ölkəyə gətirilən avtomobillərin sayı 35-40% azalıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR