“London taksiləri"ndə gedişhaqqı bahalaşıb? – 3 MANAT
Bizi izləyin

Qırmızı.az

“London taksiləri"ndə gedişhaqqı bahalaşıb? – 3 MANAT

Bakıda fəaliyyət göstərən "London taksiləri"ndə gedişhaqqı bahalaşdırılıb.


Publika.az-ın Baku.ws-ə istinadən məlumatına görə, paytaxta yeni gətirilən 500 yeni taksi əvvəlkilərdən komfortuna görə fərqlənir. Əgər əvvəllər "London taksisi"nə mindikdə 1 manat sayğaca vurulurdusa, indi bu məbləğ 3 manatdır. Sərnişin 3 manat ödəməklə "London taksisi”lə 3 kilometrədək gedə bilər. Bu məsafəni qət etdikdən sonra isə sərnişin ödənişi adi qaydada – ilk 10 kilometrin hər kilometri üçün 70, sonrakı 10 kilometrin hər kilometri üçün 40 qəpik ödəməli olacaq.


Bildirilib ki, bu həm sərnişinlərə daha rahat və komfortlu xidmət göstərilməsi, həm də "London taksiləri"nə çəkilən xərci ödəmək üçün əlverişlidir. Həmin taksilər Bakı Taksi Xidmətinə aiddir.

"Əgər əvvəllər taksi saxlayıb, 2 manat verib, onu məşğul edirdilərsə, indi 3 manat verməli olacaqlar. Sərnişinlər də, əvvəlki taksilərlə 3 kilometri 3 manat 10 qəpiyə gedirdilərsə, indi bu məsafəni 3 manata qət edəcəklər. Bu layihə özünü doğruldarsa, o zaman həmin avtomobillərdən yenə də gətiriləcək”, - deyə bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm