Vətəndaşlar şikayət etdi - nazir 52 işçini cəzalandırdı
Bizi izləyin

Qırmızı.az

Vətəndaşlar şikayət etdi - nazir 52 işçini cəzalandırdı

2015-ci il ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətlərinə 28 mindən artıq müraciət daxil olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, müraciətlərin yalnız 13%-ni səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil edib.

Vətəndaş müraciətləri əsasında aparılmış yoxlamalar nəticəsində bu il ərzində səhiyyə sistemində çalışan 52 şəxs barədə qəti məsuliyyət tədbirləri görülüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm