Təhsil Nazirliyi təlimçi axtarışında
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi təlimçi axtarışında

Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə təlimçi seçimi üçün müsabiqə elan edilib.

Publika.az xəbər verir ki, təlimçilər Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi fənn müəllimlərinin ixtisasartırma proqramında fəaliyyət göstərəcək.

Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın 15-dən gec olmayaraq özü haqqında şəxsi məlumatı (CV) [email protected] elektron ünvanına göndərməlidir.


Müsabiqədə iştirak üçün ali təhsil, ən azı 3 il pedaqoji iş təcrübəsi, tədris etdiyi fənn üzrə yüksək bilik səviyyəsi, kompüter bilikləri, Azərbaycan dilində səlis nitq, komandada işləmək və əməkdaşlıq bacarığı, məsuliyyət, tələbkar və dəqiqlik tələb olunur. Namizədlərin xarici dil bilməsi arzuolunandır.


Tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibədən keçən şəxslər təlimçi bacarıqlarını inkişaf etdirmək üçün Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif təlimlərə cəlb olunacaq və uğurlu namizədlər ixtisasartırma proqramları üzrə təlimçi statusu qazanacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm