Baş cərrah işdən çıxmaq üçün ərizə yazdı, səbəbi...
Bizi izləyin

Qırmızı.az

Baş cərrah işdən çıxmaq üçün ərizə yazdı, səbəbi...

Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasının direktoru, baş cərrah Hacıqulu Bağırov işdən çıxmaq haqqında ərizə yazıb.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, işdən çıxmaq üçün baş cərrah özü ərizə yazıb.

Səbəb isə H.Bağırovun əməliyyatlarının çox olmasıdır.

“Əməliyyatları çox olurdu, bu da digər vəzifə işlərinin yerinə yetirilməsində çətinlik yaradırdı. Bu baxımdan Hacıqulu müəllim işdən çıxmaq üçün ərizə yazıb. Hələ onun ərizəsinə baxılmayıb. O, direktor vəzifəsindən çıxsa belə, kafedrada və klinikada işini davam etdirəcək. Hazırda da o iş başındadır".

Xatırladaq ki, Hacıqulu Bağırov 2013-cü ildən - açılışdan bəri klinikanın direktoru vəzifəsində çalışır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm