Nazirlikdə İctimai şura yaradıldı
Bizi izləyin

Qırmızı.az

Nazirlikdə İctimai şura yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında 15 vətəndaş cəmiyyəti institutundan ibarət İctimai şura yaradılıb.

Bu barədə Publika.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Şuranın yaradılmasında məqsəd nazirlik üzrə hüquqi aktların qəbulu və fəaliyyət istiqamətlərinə ictimai nəzarətin təşkilidir. İctimai şuranın formalaşması ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və dövlət-vətəndaş münasibətlərinin inkişafına töhfə kimi qiymətləndirilir.

Xatırladaq ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm