• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Qarabağ” – “Anderlext” oyununa görə metroda iş saatı dəyişəcəkmi?

“Qarabağ” – “Anderlext” oyununa görə metroda iş saatı dəyişəcəkmi?

Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qəbələ” - PAOK oyunu gec başa çatdığı üçün Bakı Metropoliteni iş qrafikində dəyişiklik etmişdi. Belə ki, oyunun 22:00-da başlanmasına görə, metroda iş qrafiki uzadılmışdı. Bununla da oyuna gələn azarkeşlər rahat şəkildə evə qayıda bilmişdi. Lakin müraciətin oyun günü olması, oyun saatının 22:00-da olması bəzi azarkeşləri həmin oyunu televiziya ekranlarından izləmək məcburiyyətində qoymuşdu.

Oktyabrın 1-də Avropa Liqasının 2-ci turu çərçivəsində “Qarabağ” Belçika “Anderlext”iylə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 22:00-da start götürəcək. Metroda iş saatı dəyişməsə, oyunu stadiondan izləyəcək futbolsevərlər gecə yarısı evə qayıtmalı olacaqlar. Ya da futbola getməkdən imtina edəcəklər.

Bəs bu dəfə “Qarabağ” klubu azarkeşləri nəzərə alaraq, Bakı Metropoliteninə müraciət edibmi?

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Publika.az-a açıqlamasında “Bakı Metropoliteni”nə faksla müraciət etdiklərini və cavab gözlədiklərini dedi.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə Publika.az-a açıqlamasında hələ ki, bu barədə klub tərəfindən nə yazılı, nə də şifahi formada müraciət olmadığını bildirib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR