Yüksək sosial sığorta haqqı ödəyənlər üçün staj tələbi ləğv oluna bilər
Bizi izləyin

Qırmızı.az

Yüksək sosial sığorta haqqı ödəyənlər üçün staj tələbi ləğv oluna bilər

“Azərbaycanda hazırda sosial sığorta haqları ödəyən insanların fərdi hesablarda olan kapitalları 2 dəfə artırılacaq”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

O bildirib ki, görüləcək tədbirlər çərçivəsində hazırkı dövrə qədər ödənilmiş pensiya kapitallarının da 2 dəfə artırılması nəzərdə tutulur: "Təyin olunan pensiyaların məbləğinin sığorta kapitalına bağlılığı prinsipi bizə daha yüksək pensiya məbləği təyin etməyə imkan verəcək. Həmçinin bir sıra stimullaşdırıcı tədbirlər də nəzərdə tuturuq".

Yuxarı sosial sığorta haqqı ödəyib bəlli kapitala malik insanların staj tələbinin ləğv olunacağına toxunan Fondun sədri deyib ki, təkliflər sırasında yuxarı sosial sığorta haqqını ödəyib minimum məbləğdən yuxarı pensiya təminatına imkan verən hallar üzrə staj tələbinin ümumiyyətlə aradan qaldırılması təklifi var.

"Mövcud qanunvericilikdə əmək pensiyasına hüququn yaranması üçün minimum sığorta stajı müəyyən edilmişdir ki, bu da vətəndaşların hansı məbləğdə sosial sığorta haqları ödəməsindən asılı olmayaraq ümumi tələbdir. Pensiya islahatları çərçivəsində yüksək sosial sığorta haqqı ödəyərək minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbinin aradan qaldırılması nəzərdə tutulur".

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm