İşləyən əlillərin pensiyaları artırılacaq
Bizi izləyin

Qırmızı.az

İşləyən əlillərin pensiyaları artırılacaq

"İşləyən əlilliyə görə əmək pensiyaçılarına pensiyaların baza hissəsi ilə yanaşı, sığorta hissəsinin də ödənilməsi islahat tədbirləri çərçivəsində nəzərdən keçirilir".

Publika.az-ın məlumatına görə, bu barədə jurnalistlərə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib ki, mövcud qaydalara əsasən, işləyən əlilliyə görə əmək pensiyaçılarına yalnız pensiyanın baza hissəsi ödənilir.

Fond sədri bildirib ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması sahəsində davamlı tədbirlərin mühüm komponenti kimi qeyd edilən məhdudiyyətin aradan qaldırılması və həmin şəxslərə pensiyanın tam məbləğdə ödənilməsi nəzərdə tutulur.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm