• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sabahdan rayon və yük maşınlarının Bakıya giriş vaxtı dəyişir

Sabahdan rayon və yük maşınlarının Bakıya giriş vaxtı dəyişir

Sabahdan icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin Bakı şəhərində hərəkəti məhdudlaşdırılır.

Publika.az xəbər verir ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair fərqli qrafik müəyyənləşdirilib.

Bu maşınların Bakı şəhərində hərəkəti mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılır.

Qeyd edək ki, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisnadır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR