İran Səudiyyədən cəsədlərin çatdırılmasını tələb etdi
Bizi izləyin

Qırmızı.az

İran Səudiyyədən cəsədlərin çatdırılmasını tələb etdi

Məkkə yaxınlığındakı Mina dağında baş verən izdihamda həyatını itirənlərin sayının 4700 nəfər olduğunu iddia edən İran vəfat edən vətəndaşlarının cəsədlərini istəyib.

Publika.az İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, İran xarici işlər nazirinin köməkçisi Hüseyn Əmir Abdullahiyan rəsmi müraciətin Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə çatdırıldığını bildirib.

Həcc ziyarəti zamanı dünyasını dəyişənlər Səudiyyə Ərəbistanı tərəfindən müqəddəs torpaqlarda dəfn edilir. İranın açıqladığı rəqəmlərə görə, izdihamda 239 İran vətəndaşı ölüb, 241-i isə itkin düşüb.

Səudiyyə isə sentyabrın 25-də baş verən izdihamda 800-ə yaxın zəvvarın öldüyünü, təxminən 1000 nəfərin isə yaralandığını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm