"BakıKart"ları "MilliÖN" terminallarında da ala və yükləyə biləcəyik
Bizi izləyin

Qırmızı.az

"BakıKart"ları "MilliÖN" terminallarında da ala və yükləyə biləcəyik

Yeni "MilliÖN" ödəniş terminallarında "BakıKart" gediş haqqı kartlarını almaq və yükləmək mümkün olacaq.

Bunu Trend-ə "Komtec" şirkətindən deyiblər.

Bakının avtobus dayanacaqlarında yeni terminalların quraşdırılması üçün "BakuBus" şirkəti ilə müqavilə imzalanıb və hazırda Nəsimi rayonunda bir terminal quraşdırılıb.

Şirkətdən qeyd ediblər ki, terminallarda kartların alışı və yüklənməsi hələ mümkün deyil: "Lakin sınaq işləri aparılır və xidmət yaxın vaxtlarda əlçatan olacaq. Yeni terminallar qəpiklərin qəbulu üçün slotlarla təchiz edilib".

Şirkət həmçinin bank kartları vasitəsilə xidmətlərin ödənişi sisteminin tətbiqinə hazırlaşır. Bu xidmətdən də yaxın vaxtlarda istifadə etmək mümkün olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm