Nəqliyyat Nazirliyindən etiraf: “Çatdıra bilmirik”
Bizi izləyin

Qırmızı.az

Nəqliyyat Nazirliyindən etiraf: “Çatdıra bilmirik”

Axşam saatlarında metro stansiyalarının çıxışlarında sözün əsl mənasında izdiham yaşanır.

Xüsusilə “Xalqlar dostluğu” və “Nefçilər” metro stansiyalarının çıxışında insanlar avtobusa minib evinə getmək üçün bir-biriylə yarışmaq, çox halda isə kobudluq etmək məcburiyyətində qalır. Əks halda mənzil başına çatmaq müşkülə çevrilir.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bunu sərnişinlərin çox olması ilə izah edir:

“İnsanlar həddindən artıq çoxdur. Onları daşıyıb qurtarmaq olmur. Sürücülərə qapılar açıq vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə icazə verilmir. Çox təəssüf ki, bəzən sərnişinlərr sürücünü buna vadar edirlər. Biz xəttə nə qədər çox avtobus çıxartsaq da, xeyri olmayacaq. Buna görə də alternativ nəqlliyyat vasitələrindən istifadə edilməlidir. Əgər həmin istiqamətdə paralel nəqliyyat vasitəsi yoxdursa, biz o məsələni aydınlaşdırarıq. Az öncə keçirilən iclasda marşrutların optimallaşdırılması ilə bağlı göstəriş veirlib. Hər halda, deyilənlər nəzərə alınacaq. Müzakirələr əsasən Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarına hazırlıq prosesi ilə bağlı idi. Marşurut məsələsi də əsas mövzu kimi müzakirə olundu. Həm avtobusların yenilənmməsi, həm də hərəkət sxemlərinə xüsusi nəzarət olunması qərara alınıb. Olimpiya oyunları “Koroğlu” stansiyasına yaxın ərazidə keçiriləcəyindən, düşünürəm ki, siz deyən əraziyə yaxın olduğundan orada insanların rahatlığı üçün xüsusi tədbirlər görüləcək”(“modern.az”).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm