Qırmızı.az
7 prokuror vəzifəsindən, 3-ü prokurorluq orqanlarından qovuldu
Ötən bir il ərzində prokurorluq orqanlarının 66 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Publika.az xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov mətbuatda dərc olunmuş məqaləsində yazıb.
Onun sözlərinə görə, prokurorluq orqanları üzrə icra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə cəzalandırılan əməkdaşlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric olunub. İntizam məsuliyyətinə cəlb edilənlərin 8 nəfəri Baş Prokurorluğun, 6 nəfəri hərbi, 16 nəfəri Bakı şəhər prokurorluq orqanlarının, 12 nəfəri rayon prokuroru, 24 nəfəri isə respublika tabeliyində olan rayon prokurorluqlarının digər əməkdaşları olub.
Baş prokuror bildirib ki, prokurorluq işçilərinin xidməti fəallığının artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilərək bu müddət ərzində prokurorluq orqanları üzrə 152 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq olunub. Onlardan 2 nəfər “Prokurorluğun fəxri işçisi” döş nişanı, 37 nəfər fəxri fərmanla təltif edilib, 23 nəfərə qiymətli hədiyyə, 6 nəfərə isə vaxtından əvvəl növbəti xüsusi rütbə verilib.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik