Qırmızı.az
Millət vəkili həllini gözləyən problemlərdən danışdı
Millət vəkili Qənirə Paşayeva hökumətin hesabatında valideyn himayəsindən məhrum gənclərin evlə təmin olunması, Hepatit C, tibbi sığorta kimi həllini gözləyən problemləri qaldırıb
Qənirə Paşayeva Parlamentdə 18 yaşı tamam olan valideyn himayəsindən məhrum gənclərin mənzil və məşğulluqla bağlı üzləşdiyi ciddi problemlərdən danışıb.
O bildirib ki, 18 yaşı tamam olmuş bu gənclərin mənzil və məşğulluqla bağlı ciddi problemləri var və onlar öz həllini tapmalıdır.Millət vəkili Qənirə Paşayeva internat tipli xüsusi peşə məktəblərindən 18 yaşı tamam olaraq buraxılan gənclərin mənzil və məşğulluq problemləri istiqamətində dövlət qurumlarının qısa zamanda ciddi proqramlar həyata keçirməsinin vacibliyindən danışıb və onları bu istiqamətdə ciddi addımlar atmağa çağırıb.
Millət vəkili parlamentdə Hepatit C-nin yayılmasının artmasının qarşısının alınması və bu xəstələrə dəstək göstərilməsi istiqamətində dövlət proqramına ehtiyac olduğunu deyib. Millət vəkili bu istiqamətdə əhalinin maarifləndirilməsini və dövlət dəstəyini vacib sayır: "Hepatit C-nin getdikcə daha da artması bizi ciddi narahat etməklə bərabər, bu istiqamətdə əhalinin maarifləndirilməsindən tutmuş profilaktik tədbirlərin gücləndirilməsinə və insanların müalicəsi istiqamətində dövlət dəstəyinin genişləndirilməsinə ciddi ehtiyac var," - deyə millət vəkili Qənirə Paşayeva bildirib.
Bu gün məcburi tibbi sığortanın həllini gözləyən ən vacib problemlərdən biri olduğunu deyən millət vəkili ölkədə tibbi sığortanın geniş şəkildə tətbiqinə ciddi ehtiyac olduğunu vurğulayıb və bildirib ki, pasientin hüquqlarınınm müdafiəsi haqqında qəbul olunacaq qanunun lazımı şəkildə işləməsi də bu məsələdən çox asılıdır.
Qənirə Paşayeva millət vəkili seçildiyi Tovuz rayonunun bəzi kəndlərində salınan yeni yaşayış sahələrinin qazlaşdırılmaması məsələsinə toxunub və bu məsələnin həll olunmasının vacibliyini qeyd edib. Tovuz rayonunda bır sıra məktəblərin, baxçaların ciddi təmirə ehtiyacı olduğunu diqqətə çatdıran millət vəkili Qənirə Paşayeva hökuməti bu məsələdə öz dəstəyini göstərməyə çağırıb.
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI