Azərbaycanda armatur məktəblinin qarnına girdi - VİDEO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda armatur məktəblinin qarnına girdi - VİDEO

Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. Dəmir matrealları daşıyan traktordan çıxan armator motoskletdə oturmuş məktəblinin qarın nahiyəsinə girib. Hadisənin təsirindən yaralı komaya düşüb

Milli.Az CTV-yə istinadən xəbər verir ki, hadisə martın 14-ü günorta saatlarında Cəlilabad rayonunun Uzuntəpə kəndinə qeydə alınıb. Belə ki,Əliyev Nurlan Mirzə oğlu həmkəndlisi Arif Nəsirovun Uzuntəpə kəndi istiqamətində idarə etdiyi motoskletin yük hissəsində oturubmuş. Elə bu zaman qarşı tərəfdən gələn qoşqulu traktorun yük hissəsində çıxan armatur məktəblinin qarın nahiyyəsinin bir tərfindən girərək digər tərəfindən çıxıb. Hadisənin təsirindən Nurlan Əliyev motoskletdən yerə çırpılıb.

Yaralı Cəlilabad MR xəstəxanasına çatdırılaraq dərhal əməliyyat olunub. Həkimlərin verdiyi məlumta görə xəstə hadisənin təsirindən hələ də komadadır. Hazırda onun vəziyyəti ağır olaraq qalır. İlkin ehtimallara görə, hadisə traktor sürücüsünün təhlükəsizlik qaydalarına düzgün riayət etməməsi səbəbindən baş verib. Hazırda faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm